Konstitusuya Məhkəməsi sürücülük etibarnamələri ilə bağlı yeni qərar verib. Bu da bir çox insanlarda suallar yaradıb.Maraqlıdır ki, bir ailədə ər və arvad bir-birindən etibarnamə almadan avtomobil sürə bilərlərmi? Etibarnamələrin ləğvi hamıya yoxsa ancaq ailə üzvünə aiddir?
Hüquq elmləri doktoru, professor, BDU-nun hüquq fakültəsinin kafedra müdiri Məhəbbət Dəmirçiyeva AzNews.az-a bu barədə açıqlama verib.
O bildirib ki, bu məsələ ilə bağlı Kontitusiya məhkəməsi hələ qərar qəbul etməyib.
“ Millİ Məclisə bu məsələnin tam aydınlaşdıırlması üçün tövsiyyə edilib. Biz qeyd etmişik ki, ailə üzvləri bir-birlərinin avtomobillərini etibarnaməsiz sürsün”.
Professor onu da qeyd edib ki, beynəlxalq təcrübədə hər kəs bir- birinin avtomobilini sürmə haqqına sahibdir.
“Bizdə isə bu hələ ki, ailə üzvlərinə aiddir. Oğurluq halları ilə üzləşdikdə bu dərhal dayandırılır. Ər və arvadın etibarnaməsi olmasa da, bu mümkündür. Sadəcə olaraq avtomobil haqqında birgə mülkiyyətlərini notarial qaydada təsdiq edən sənəd olmalıdır. Bəzən boşanma hadisələri olduqda şəxslər boşanma haqqında şəhadətnaməni almır, nikah kağızını göstərərək avtomobili sürürlər. Bu da qanunsuzdur”.
Ayan Rzayeva