Səbaildə 66 yaşlı kişini qonşusu bıçaqlayıb

4 Avqust 2023 10:15 (UTC+04:00)

Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

Dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Hacıyev Şirxan Ədil oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.