Ermənilər Arazdəyəndə zavod tikməkdən imtina etdilər?

4 Avqust 2023 16:28 (UTC+04:00)

Ermənistan KİV-i yazır ki, ermənilərin Arazdəyəndə tikmək istədikləri metallurgiya zavodunun yeri dəyişdirilə bilər. Sözügedən qərarın təhlükəsizlik səbəbilə qəbul edildiyi vurğulanır. Ən ideal variant kimi Ararat şəhəri yaxınlığı göstərilir.

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, BMT-də bu məsələ ilə bağlı müzakirələr dəfələrlə aparılmışdı. Azərbaycan tərəfinin də Arazdəyəndə ekoloji məsələlərlə bağlı bir çox müraciətləri olmuşdu. Qafqaz danışıqları üzrə Amerikadan nümayəndələr gəlmişdi. Belə bir fonda Rusiya onun icazəsi olmadan sülh müqaviləsinin imzalanmayacağını bildirmişdi.

Politoloq qeyd edib ki, bu kimi mövzuları üst-üstə gəldikdə anlamaq olur ki, bu məsələnin həll yolu yalnız Azərbaycanın mövqeyidir.

“ABŞ tərəf seçməklə danışıqlarda əldə edilmiş mütərəqqi addımlarını şübhə altına almışdır. Bu məsələnin icrasının nə dərəcə düzgün olması hələ ki ki sual altındadır”.

Ayan Rzayeva