Azərbaycan gimnastı ABŞ-da mükafatlandırılıb

6 Avqust 2023 09:45 (UTC+04:00)

Azərbaycanın idman gimnastı Mixail Malkin ABŞ-da mükafatlandırılıb.

Idmançı Palm-Biç şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən Dünya Kubokunda FIG Kubokuna layiq görülüb.

Malkin bu il iştirak etdiyi üç analoji yarışda topladığı ən yüksək nəticəyə əsasən bu mükafata sahib çıxıb.