Naxçıvanda vergi ödəyicilərinin sayı 22,4 % artıb

6 Avqust 2023 14:37 (UTC+04:00)

Naxçıvanda vergi ödəyicilərinin sayı artıb.

1 avqust 2023-cü il tarixə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 22,4% (15358 nəfərdir) artıb.

Son 7 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 2,8 dəfə artıb.