Yuli Qusman “Şərəf” ordeni ilə təltif edilib

7 Avqust 2023 15:09 (UTC+04:00)

Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə mükafatlandırılıb.