İranın paytaxtı Tehranda qaz partlaması nəticəsində 3 mərtəbəli bina uçub, 12 nəfər xəsarət alıb.
Aznews.az Tesnim Xəbər Agentliyinə istinadən xəbər verir ki,hadisə ilə bağlı Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Meleki məlumat verib.
Meleki, "Tehranın cənubundakı Cevanmert Kasap məhəlləsində 3 mərtəbəli bir binada qaz partlaması nəticəsində çökdü. Çuxurun altında qalan 12 nəfər yaralanıb",-deyə bildirib.
İran rəsmisi partlayış və çökmənin yaxınlıqdakı binalara da ziyan vurduğunu qeyd edib.
Tehranın cənubundakı Helalzir məhəlləsində sənədsiz olduğu bildirilən 3 bina tikinti mərhələsində uçub, 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Mövsüm