İranın müdafiə sənayesi mütəxəssisləri səsdən sürətli raketlərin yaradılması və istehsalı texnologiyasına nail olublar.
Aznews.az xəbər verir ki, bu barədə Tesnim Xəbər Agentliyinin məlumatınada qeyd olunub.
“İranın gələcək nəsil qanadlı raketi” olaraq xarakterizə edilən səsdən sürətli raketin hazırda sınaq mərhələsində olduğu və bunun ölkənin müdafiə qabiliyyətində “yeni səhifə” açacağı bildirilib.
İyunun 6-da paytaxt Tehranda prezident İbrahim Rəisinin də iştirak etdiyi mərasimdə İran 1400 kilometr mənzilli "Fettah" adlı hipersəs ballistik raketini elan edib.
Qeyd edək ki, bu cür raketlər yüksək sürətinə görə hava hücumundan müdafiə sistemlərindən yan keçə bilir.
Mövsüm