Qarabağdakı erməni quldurları sülhməramlıların “çətiri” altında döyüş postlarına dəstək vasitələri daşıyır - VİDEO

12 Avqust 2023 10:37 (UTC+04:00)

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin “çətiri” altında olan erməni quldur dəstələrinin qanunsuz fəaliyyəti davam edir.

Aznews.az xəbər verir ki, bu barədə “Calibr” videogörüntülər yayıb.

Videodan avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin ötürüldüyü görünür.