Moskva bazarlarında əməliyyat: 300 nəfər saxlanıldı - Video
29 İyul 2013 15:53 (UTC+04:00)
Moskva bazarlarında polisin apardığı "təmizlik" əməliyyatı zamanı 300-dən çox şəxs saxlanılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,əməliyyat zamanı saxlanılanların cinayət və qanun pozuntusu ilə əlaqəli olub-olmadıqları yoxlanılacaq.
Əməliyyat zamanı polis Motveyev bazarında 15 yaşlı qızı zorlamaqda təqsirli bilinən cinayətkarı da tutub.
Qeyd edək ki, əməliayyat zamanı bir nəfər polis işçisi döyülüb. Xəsarət alan polis işçisi kəllə-beyin travması ilə reanimasiyaya düşmüşdü. Hazırda onun səhhəti qənaətbəxş olsa da, alın sümüyü sındığına görə əməliyyat olunacaq.
AzNews.az