İranda terror aktı planlaşdırmaqda iştirak etməkdə şübhəli bilinən 4 nəfər həbs edilib

14 Avqust 2023 14:13 (UTC+04:00)

İran hakimiyyəti Şirazın cənubundakı Şah Çeraq məbədində terror aktı planlaşdırmaqda iştirak etməkdə şübhəli bilinən dörd şübhəlini həbs edib.

Aznews.az xəbər verir ki, bu barədə Fars əyalətinin baş hakimi Kazem Musəvi bildirib.

"Hazırda hadisə ilə bağlı dörd şübhəli həbs edilib",-deyə Musəvi qeyd edib.

Musəvi əlavə edib ki, rəsmilər hücumdan az sonra saxlanılan şübhəli terrorçunu hələ də dindirirlər.

Mövsüm