Ermənilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında aksiya keçirir. Təxribatçılar baş konsulluğun binasının girişini bağlayaraq orada çadırlar qurublar. “Laçın yolunun açılması” və Qarabağda yaşayan ermənilərin “blokadasının” götürülməsi kimi şüarlar səsləndirirlər.
"Təxribatların arxasında birbaşa erməni lobbisi dayanır. Bunlar böyük gücdürlər. Yeri gəlmişkən, Amerikada da, Fransada da, hətta Argentinada belə böyük qüvvəyə sahibidirlər. Onlar Böyük Ermənistan ideologiyasının ən xarakterik qurbanlarıdır".
Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib.
Politoloq bildirib ki, Ermənistan və Qarabağ erməniləri dünya erməniliyinin əsirliyindədir. Onlar bu saxta əsası olmayan biologiyanın əsirinə çevriliblər.
"Zaman göstərir ki, dünyadakı ermənilər Ermənistan üçün cəhənnəm inşa eləməkdədirlər. Onların qeyri-səmimilikləri arzuladıqları böyük Ermənistanı yaratmaq, amma orada yaşamaq istəməməklərində ortaya çıxır. Ermənistan ərazisində yaşayan ermənilərin sayı 1990-cı ildə 5 milyon idisə, indi 1 milyon 900 mindir. Yəni bu dərəcə rəzillik üzərindən siyasət inşa edirlər. Son zamanlar baş verən təxribatlar "Ermənizm" adlı xəstəliyin ciddi məhsullarıdır".
Ayan Rzayeva