Sudan Mülki Aviasiya İdarəsi ölkənin şərqindəki hava sahəsinin qismən açıldığını açıqlayıb.
Aznews.az xəbər verir ki, qurumdan verilən açıqlamada Qırmızı dəniz əyalətinin Port Sudan şəhərindəki Beynəlxalq Port Sudan Hava Limanının avqustun 15-dən etibarən mülki uçuşlara açıldığı bildirilib.
Həmçinin bildirək ki, aprelin 15-dən ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmaların davam etdiyi Sudanda təxliyyə və humanitar yardım uçuşları istisna olmaqla, hava məkanı bağlanmışdı.
Mövsüm