BMT-də müzakirələr: Ermənistanın üzünü cırmaqlığı

16 Avqust 2023 22:02 (UTC+04:00)

Bir azdan BMT-də Ermənistanın Laçın yolu ilə bağlı iddiasına baxılacaq. Nə qərar çıxacaq, gözləyəcəyik. Ancaq söhbətin mahiyyəti belədir:

- Ermənistan: Laçından imkan verin keçək, Qarabağdakı ermənilərə yardım aparaq.
- Azərbaycan: İmkan verəndə, yardım daşımırsınız, qaçaqmal, hərbi sursat, terrorçu daşıyırsınız.
- Ermənistan: Məzhəbimizə and olsun, day elə şeylər etməyəcəyik!
- Azərbaycan: Madam başqa fikriniz yoxdur, buyurun, yardımları Ağdamdan daşıyın, Laçından da mülki vətəndaşlar üçün gediş-gəliş olsun.
- Ermənistan susur və anidən coşur: Siz Qarabağdakı ermənilərin hüquqlarını pozursunuz!
- Azərbaycan təmkinlə: Axı Azərbaycanın suveren ərazisi olan Qarabağdakı ermənilər bizim qanunlarımıza tabe deyillər, onların hüquqlarını biz necə poza bilərik? Buyursunlar, reinteqrasiya olsunlar, Azərbaycan Konstitusiyasına və beynəlxalq konvensiyalara əsasən ləyaqətlə yaşasınlar.
- Ermənistan: Ermənilərə xüsusi status lazımdır.
- Azərbaycan tövrünü pozmur: Onlar üçün Azərbaycan vətəndaşlığından yuxarı statusdan söhbət gedə bilməz. Azərbaycan unitar dövlətdir. Qarabağ Azərbaycandır?
- Ermənistan: çarəsiz halda Bəli!
- Azərbaycan qətiyyətlə: O zaman zəhmət çəkin, qoşunlarınızı çıxarın, işğal zamanı yaratdığınız cinayətkar çətəni ləğv edin.
- Ermənistan: Bizim Qarabağda heç bir ordumuz yoxdur.
- Azərbaycan: Bir daha deyirik, məğlub qoşunlarınızın qalıqlarını çıxarın, yoxsa...
- Ermənistan ağlamağa başlayır: Siz bizim soydaşlarımızı genosidə məruz qoymaq istəyirsiniz!
- Azərbaycan: Yığışdırın bu yalanları, həyasızlıqları, qədim peşənizi, bizim səbrimizin bir həddi var.
- Ermənistan yaxasını və üzünü cırmağa başlayır: Ay haray, ay haray, Azərbaycan məni "fahişə" sayır, təcavüz etmək istəyir!

Taleh Şahsuvarlı