7 ildən sonra İrandan Səudiyyə Ərəbistanına yüksək səviyyəli səfər

17 Avqust 2023 14:42 (UTC+04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehran və Ər-Riyad arasında 7 illik münasibətlərin bərpasından sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.

Aznews.az xəbər verir ki, Abdullahian yüksək səviyyəli nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada getmək üçün Tehrandan ayrılıb.

7 ildən sonra Tehran və Ər-Riyad arasında əlaqələrin bərpasından sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edən İran xarici işlər naziri Abdullahianın səfər çərçivəsində həmkarı Feysəl bin Ferhan başda olmaqla Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri ilə görüşü gözlənilir.

Abdullahianın səfəri zamanı İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunacaq.

Səfərlə eyni vaxtda İranın Ər-Riyaddakı səfiri təyin edilən Əli Rza Enayeti Səudiyyə Ərəbistanında rəsmi olaraq vəzifəsinə başlayacaq.

Mövsüm