Sebastyan Kou yenidən Dünya Atletikasının prezidenti seçilib

17 Avqust 2023 15:02 (UTC+04:00)

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti Sebastyan Koe yeni müddətə yenidən seçilib.

Aznews.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

O, seçkilərdə yeganə namizəd olub. Koe-nin səlahiyyət müddəti dörd il olacaq.

Qeyd edək ki, Sebastyan Koe 66 yaşındadır. O, 2015-ci ildən Dünya Atletikasının prezidentidir, 2019-cu ildə yenidən bu vəzifəyə seçilib.

Mövsüm