İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Təbii pambıq, kətan, krujeva, ipək material seçin. Çalışın üzərinizdə geyim minimum olsun. Yayda dəri nəfəs almalıdır.
4.Başınıza sərin dəsmal bağlayın
Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiz.
5.Fironların sirri
Mələfəni soyuq suda isladıb, bərk sıxıb, bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edir. Əgər yaş mələfə istəmirsizsə, onda islaq corablar geyinin.
6. İşıqları tor işıqla əvəz edin, məişət texnikasını söndürün
Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir. Küncdə zərif bra işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.
7.İsti çay və qidalardan uzaq durun
Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.
Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysaz, yolboyu maşın sərin olacaq./medicina.az