Gəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb

19 Avqust 2023 10:08 (UTC+04:00)

Gəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb.

Aznews.az xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.