Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
Aznews.az-ın məlumatına görə, 47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.
Yığma yarışı 12-ci pillədə başa vurub. Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.
Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib.