Ermənini Bakıya göndərənlər axtarılır - Qalmaqal
30 İyul 2013 07:59 (UTC+04:00)
Ukraynadakı Erməni İttifaqı bir neçə gün əvvəl bu ölkədən deportasiya edilən erməni Asatur Xaçaturyanı İrəvan əvəzinə Bakıya göndərən günahkarları axtarır.
AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, təşkilatın rəhbəri, millət vəkili Vilen Şatvoryan bununla bağlı əlaqədar qurumlara artıq deputat sorgusu göndərib.
Belə bir hadisənin yolverilməz olduğunu bildirən deputat Ukrayna XİN-in məsələnin həlli ilə bağlı operativlik nümayiş etdirdiyini qeyd edib. Bununla belə ermənini səhvən Bakıya gedən təyyarəyə mindirən şəxslərin tapılıb cəzalandırılmasını tələb edib. Qeyd edək ki, 22 yaşlı Asatur Xaçaturyan səhvən gəldiyi Bakıdan Ukraynaya qaytarıldıqdan sonra yenidən deportasiya edilməyib və hazırda Kiyevdəki qohumlarının yanında qalır.
Elnarə Əlosmanqızı
AzNews.az