İranın paytaxtı Tehranda təbii qazın partlaması nəticəsində baş verən yanğında 4 nəfər xəsarət alıb.
İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, hadisə ilə bağlı Tehran yanğınsöndürmə briqadasının sözçüsü Cəlal Mələki məlumat verib.
Mələki, "Tehranın cənub-qərbindəki Yaft Abad rayonunda 2 mərtəbəli evdə təbii qazın partlaması nəticəsində 4 nəfər yaralanıb",-deyə qeyd edib.
Yanğına xilasetmə qruplarının müdaxilə etdiyini ifadə edən Mələki, partlayışın ətrafdakı evlərə də ziyan vurduğunu qeyd edib.
İranda son günlər təbii qaz və balon partlayışlarında artım müşahidə olunur.
Sözügedən partlayışların evlərdəki soba və istilik sistemlərinin standartlara uyğun hazırlanmaması səbəbindən baş verdiyi qiymətləndirilir.
Mövsüm
Aznews.az