İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Qurani-Kərimi təhqir edən müntəzəm aksiyalar fonunda İsveç və Danimarkadan malların alınmasına embarqo tətbiq etmək imkanını nəzərdən keçirəcəklər.
Aznews.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri bildirib.
Qeyd edək ki, ötən cümə günü Stokholmda İran səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı növbəti aksiya keçirilmişdi.
İsveç səlahiyyətliləri müqəddəs kitablara bu cür təxribatlara icazə verən ictimai asayiş haqqında qanuna yenidən baxmağa başlayacaqlarını açıqlayıb.
Mövsüm