Cənub bölgəsində baş verən zəlzələnin gücü məlum oldu

23 Avqust 2023 01:55 (UTC+04:00)

Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Aznews.az-a bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 baldan artıq, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

AzNews.az