Heydər Əliyev prospektində hərəkət bərpa edildi

30 İyul 2013 09:40 (UTC+04:00)
Heydər Əliyev prospektinin "Şəfa" stadionu ərazisindəki sahəsi avtomobillərin hərəkəti üçün açılıb.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Mürsəliyev qeyd edib ki, tikinti işləri yekunlaşdığından sürücülər artıq Müzəffər Nərimanov küçəsindən 5-ci Köndələn küçəsi, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edə biləcəklər: "Artıq ərazidən ağır texnika çıxarılıb. Hazırda yol tam açıqdır."

Qeyd edək ki, Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci Köndələn küçələri ilə kəsişməsində yeni yeraltı tunel və piyada keçidinin tikintisi aparıldığından qeyd edilən ərazidə hərəkət qismən məhdudlaşdırılmışdı və nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə uzun tıxaclar yaranırdı.

AzNews.az