Laçının Sus kəndində məktəb tikintisinə başlanılıb

23 Avqust 2023 20:01 (UTC+04:00)

Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Sus kəndi 2022-ci il avqustun 26-da erməni işğalından azad edilib və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Hazırda Susda təmir-bərpa işləri həyata keçirilir.