İTV rəhbərinin keçmiş müavininə AzərTAc-da vəzifə verildi

30 İyul 2013 09:27 (UTC+04:00)
Cəmil Quliyevin İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə gəlməsindən sonra - bu il aprelin 25-də İTV rəhbərinin radio üzrə müavini vəzifəsindən çıxan Elman Qədirov yeni işə təyinat alıb.

Modern.az saytının məlumatına görə, E.Qədirov hazırda AzərTAc dövlət informasiya agentliyində bölmə müdiri vəzifəsində çalışır.

30 ildən çoxdur mətbuat sahəsində çalışan E.Qədirov İTV-də çalışmazdan öncə Azərbaycanın bəzi aparıcı qəzetlərində və AzərTAc-da işləyib.

AzNews.az