Roskosmos 2025-26-cı illərdə Ayın cənub qütbünə yeni missiya göndərə bilər

25 Avqust 2023 16:00 (UTC+04:00)

Rusiyanın “Roskosmos” Dövlət Kosmik Korporasiyası 2025-2026-cı illərdə Yerin təbii peykinin cənub qütbünə yeni missiya göndərməyi nəzərdən keçirəcək.

Roskosmosun rəhbəri Yuri Borisov avqustun 25-də Lavoçkin Elmi-İstehsalat Birliyində Luna-25 avtomatik stansiyasının tərtibatçıları ilə görüşüb.

"Roskosmos rəhbəri müəssisənin işçiləri və rus alimləri ilə yarımçıq qalmış Luna-25 missiyasının mümkün səbəblərini, həmçinin Rusiyanın Ay proqramının gələcək perspektivlərini müzakirə edib", - mətbuat xidmətinin məlumatında deyilir.

Roskosmos rəhbəri, xüsusilə, tamamlanmamış Ay missiyasının Ayın kəşfiyyatını dayandırmadığını söylədi. O, nəticə çıxarmağa və işi davam etdirməyə çağırıb.

"Borisov vurğulayıb ki, rus mühəndisləri və alimləri Ay layihəsini davam etdirməkdə həvəslidirlər. 2025-2026-cı illərdə Ayın cənub qütbünə eniş missiyasının təkrarlanması ehtimalı variantlardan biri ola bilər", - Roskosmosun rəhbəri vurğulayıb.

Mövsüm

Aznews.az