Kür çayında uşaq batdı

25 Avqust 2023 20:57 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

Aznews.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.