Cinsi istismara məruz qalan 105 uşaq azad edildi - ƏMƏLİYYAT

30 İyul 2013 10:40 (UTC+04:00)
ABŞ-ın 76 şəhərində insan alverinə qarşı keçirilən əməliyyatlarda 105 uşaq qadın ticarətçilərinin əlindən qurtarılıb.
AzNews.az ABŞ mətbuatına istinadən bildirir ki, üç gün davam edən və 230 polisin iştirak etdiyi əməliyyatlarda, 150 nəfər nəzarətə götürülüb. 13 ilə 17 yaş arasında 105 uşaq qadın ticarəti ilə məşğul olan şəbəkənin əlindən azad olunub. FTB-nın mətbuat xidmətinin açıqlamasına görə, bu, küçə, otel və qumarxana kimi yerləri əhatə edən əməliyyatlar cinsi istismara məruz qalan uşaqlarla əlaqədar təşkil edilən ən böyük əməliyyatdır.

Elman
AzNews.az