Belqrad Moskva ilə münasibətlərin harmonik inkişafına ümid edir.
Aznews.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko ilə görüşdən sonra bildirib.
"Səfir Botsan-Xarçenko ilə konstruktiv görüş oldu. Biz bütün cari regional və qlobal məsələləri müzakirə etdik. Biz həmçinin ikitərəfli mövzuların geniş spektrini müzakirə etdik və Rusiya ilə ahəngdar münasibətləri davam etdirmək öhdəliyimizi bir daha bəyan etdik", - deyə Aleksandr Vuçiç İnstaqram səhifəsində qeyd edib.
Qeyd edək ki, Avqustun 24-də Botsan-Xarçenko “bir sıra aktual beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparmaq” üçün Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiq olduqlarını bir daha vurğulayıblar.
Mövsüm