Bakıda sərxoş kişi öldü

30 İyul 2013 11:32 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən gün saat 20.30 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Rövşən Hüseynov sürücülük vəsiqəsi olmadan atasına məxsus "VAZ-2106" markalı avtomaşını idarə edib. Bu zaman tanışı,sərxoş olan Məcnun Zeynalov avtomaşının buferindən tutaraq onu saxlamağa cəhd göstərib. Nəticədə o, sürüşərək Fərid Gülverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomaşına dəyib. M.Zeynalov xəstəxanaya aparılarkən yolda ölüb.

AzNews.az