NATO Müttəfiq Quru Qoşunları Komandanlığı Türkiyəni 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.
Aznews.az xəbər verir ki, bu barədə TRTHaber məlumat yayıb.
Keçən il 30 avqust Zəfər Gününü oxşar bir mesajla qeyd edən, lakin Yunanıstanın etirazından sonra sosial mediada təbrik mesajını silən NATO Müttəfiq Quru Qoşunları Komandanlığı (LANDCOM), bu il türkcə "Zəfər bayramınız mübarək",-deyə qeyd edib.
LANDCOM-un baş qərargahı İzmirdə yerləşən X platformasındakı mesajının davamında: "Bu özəl gündə bizi qəbul etdiyi üçün Türkiyəyə təşəkkürümüzü bildiririk. Türkiyə 1952-ci ildə NATO-ya üzv olduqdan sonra bir çox əməliyyat və təlimlərdə iştirak edib. Əsgərlərimiz hər zaman böyük peşəkarlıq və əzmkarlıq nümayiş etdiriblər.Türkiyə və NATO birlikdə daha güclü və təhlükəsizdir”,-deyə əlavə edib.
ZAFER BAYRAMINIZ KUTLU OLSUN!
— NATO Allied Land Command (@LANDCMD) August 29, 2023
LANDCOM wishes a happy Victory and Turkish Armed Forces Day to our host nation.
On this very special day, we would like to express our gratitude to Türkiye for their hospitality as our hosts here at #LANDCOM.
Mövsüm