Bakıda küçə itlərini güllələyirlər - Fotolar

30 İyul 2013 11:55 (UTC+04:00)
Bu gün səhər saatlarından başlayaraq, Bakı Şəhər İcra Hakimiyyəti Yasamal rayonunda küçə itlərini güllə ilə öldürüblər.

AzVision.az-a bu barədə həmin rayonun sakinləri məlumat veriblər. Bildiriblər ki, səhər saat 11-də atılan güllələrin səsi və ardınca itlərin zingiltisi ilə insanlar küçələrə axışıb. Eyni zamanda qeyd olunur ki, İcra Hakimiyyətinin işçiləri itləri uşaqların gözü qarşısında öldürürdülər. Bu hadisə Şərifzadə 176 küçəsində qeydə alınıb. Bildiririlir ki, daha sonra digər küçələrdə bu proses təkrar olunub.

AzNews.az