Fransa və onun başçısına İtaliyanın xanım Baş naziri Giorgiya Meloninin layiqli cavabını bir daha xatırlatmaq istədim:
“Emmanuel Makron bizi kinli və məsuliyətsiz adlandırıb. Bizim KİV-lər soruşurlar ki, “eşitmisiniz Makron nə deyib?”.
Makron, məsuliyyətsizlər Liviyanı bombalayanlardır, ona görə ki, onları İtaliyanın Qəddafi ilə energetika sahəsindəki imtiyazlı əlaqələri qıcıqlandırırdı. Məsuliyyətsiz bizi qeyri-leqal miqrasiya xaosuna gətirib çıxaranlardır. Makron, kinli və məsuliyyətsiz miqrantları qayıqlara doldurub bizim Ventimilyoya göndərən fransızlardır. Ən əsası, nəhayət, hər şeyi öz adı ilə çağırmalıyıq. Çirkinlik Fransa kimi Afrikanı sümürməkdə davam etməkdir. Çirkinlik Fransa kimi 14 Afrika ölkəsi üçün senyoraj şərtlərilə(Pul emissiyasından əldə edilən və emitent tərəfindən mülkiyyət hüququ əsasında gəlir mənimsənilməsi-red.) pul çap etmək və Afrikadakı uşaqları öz mədənlərində ağır şərtlərdə işlətməkdir. Məsələn, Nigerdə olduğu kimi. Bu ölkədə Fransa uran mədənlərinin 30 faizini öz AES-lərinin tələbatını ödəmək üçün istismar edir. Həmin vaxt Niger əhalisinin 90 faizi elektrik enerjisiz yaşayır. Bizə natasiyalar oxumaq lazım deyil, Makron. İnsanlar Afrikadan sizin əlinizdən qaçır və bu problemi afrikalıları Avropaya gətirməklə yox, Afrikanı sizin kimi avropalılardan azad etməklə həll etmək lazımdır...”
Milli Məclisin deputatı Sadiq Qurbanov