Rus OMON-u azərbaycanlıların bazarına hucum etdi; saxlanılanlar var

30 İyul 2013 12:07 (UTC+04:00)
Rusiya OMON-u Azərbaycanlıarın kütləvi şəkildə alver etdikləri "Teplostan" topdansatış mərkəzinə basıqn edib.

Bu barədə Modern.az-a bazarda ticarətlə məşğul olan soydaşalrımız məlumat verib. Hazırda basqının davam etdiyini deyən azərbaycanlılar bildiriblər ki, OMON xeyli adamı həbs edib. "Basqın davam edir. Bütün bazarı alt-üst ediblər. Biz indi mağazada işıqları söndürüb gizlənmişik. Bzardan necə çıxacağımızı bilmirik"-deyə Azər adlı soyadışımız həyəcanla deyib. Artıq 200-dək azərbaycanlının OMON tərəfindən saxlandığı bildirlir.

Məlumata görə, OMON həmçinin "Moskovreçksi" bazarına hucma hazırlaşır. Xəbərdən panikaya düşən bazarda ticarətlə məşğul olan azərbaycanlılar mallarını başlı-başına qoyaraq oradan qaçıblar.

Moskva bazarlarından dünəndən başlanan yoxlamalar "etnik zəmində cinayətkarlıqla mübaruizə" adı altında aparılır. Bun əsas olaraq 15 yaşlı qızın zorlanması və pedofilin bazrada gizlənməsi barədə hüququ –mühafizə orqanlarına siqnalın daxil olması götürülüb. Dünən zorlama faktında şübhəli bilinən Dağıstan vətəndaşı polis tərəfindən həbs edilsə də bazarlarda yoxlamalar davam edir.

AzNews.az