İranın Kəşfiyyat Nazirliyi İsraillə əlaqəsi olduğu iddia edilən 14 nəfərin “terrorçuluq” ittihamı ilə saxlanıldığını açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada "4 ştatda terror aktı hazırlayan 14 nəfər saxlanılıb",-deyə bildirilib.
Bildirilib ki, təhlükəsizlik qüvvələrinin Mazandaran, Kirmanşah, Xuzistan və Sistan-Bəlucistan vilayətlərində keçirdiyi əməliyyatda yaxalanan şəxslərdən müxtəlif diametrli və markalı silahlar, sursatlar ələ keçirilib.
İsraillə əlaqəsi olduğu iddia edilən şəxslərin kimliyi və mənsubiyyəti barədə məlumat verilməyib.
Mövsüm