Şimali Koreya: ABŞ-Cənubi Koreya təliminə cavab olaraq ballistik raketlər buraxılıb

31 Avqust 2023 12:07 (UTC+04:00)

Şimali Koreyanın ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi “Ulchi Azadlıq Qalxanı (UFS)” hərbi təliminə cavab olaraq ballistik raketlər atdığı açıqlanıb.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın ABŞ və Cənubun birgə təşkil etdiyi “Ulchi Azadlıq Qalxanı (UFS)” təliminə cavab olaraq dünən 2 ballistik raket atdığını bildirib.

Xəbərdə Şimala qarşı "ciddi təhdid" olaraq xarakterizə edilən təlimin öhdəsindən gəlmək üçün "taktiki nüvə hücumu təlimi" keçirildiyi qeyd edilib.

Cənubi Koreya ordusunun "hərbi dəstə" olaraq təyin olunduğu xəbərində Şimali Koreya Xalq Ordusunun (KPA) Pxenyan Beynəlxalq Hava Limanından şimal-şərq istiqamətində 2 ballistik raket atdığı bildirilib.

Qeyd edək ki, ABŞ-nin Cənub ilə illik təlimləri çərçivəsində Koreya yarımadasına uzun mənzilli B1-B bombardmançı təyyarələri göndərdikdən sonra Şimali Koreya dünən 2 ballistik raket buraxıb.

Mövsüm

Aznews.az