İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətləri (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrailin xarici kəşfiyyat xidməti Mossad-ı İranın müdafiə sənayesi kompleksinin obyektlərində təxribat aktı hazırlamaqda ittiham edib.
Aznews.az xəbər verir ki, bu barədə Tasnim Xəbər Agentliyi bildirib .
Xəbər agentliyinin məlumatına görə, Mossad-ın idarə etdiyi plançılar qrupunun üzvləri raketlərin buraxılış anında partlamasına səbəb olacaq keyfiyyətsiz və ya qüsurlu hissələri və komponentləri tədarük etməklə raket buraxılışlarını pozmaq niyyətində olublar.
İran kəşfiyyatı təxribat törətməkdə şübhəli bilinən bütün şəxsləri həbs edib.
Mövsüm