Gorus-Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

31 Avqust 2023 16:41 (UTC+04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Gorus- Xankəndi istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

BQXK-yə məxsus nəqliyyat vasitələrində BQXK nümayəndələri və erməniəsilli şəxslər olub.

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Avtomobillərdə habelə ərzaq və dərman ləvazimatı da olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.