Rəsmi İrəvan Aİ-nin Ermənistandakı missiyasının statusu barədə sazişi təsdiqləyib

31 Avqust 2023 18:23 (UTC+04:00)

Ermənistan hökuməti “Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının Ermənistandakı missiyasının (EUM) statusu haqqında Saziş”in imzalanması təklifini təsdiqləyib.

Aznews.az APA-a istinadən xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.

Layihə hökumətin növbəti iclasının siyahısına daxil edilib.