Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib - 2 hərbçimiz yaralanıb

1 Sentyabr 2023 10:57 (UTC+04:00)

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.