Təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb - YENİLƏNİB

1 Sentyabr 2023 16:33 (UTC+04:00)

Azərbaycanla sərhəddə təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb.

Ermənistan Müdafiə Nazirliyi bu gün baş verən silahlı toqquşmalarda 4 hərbçi itirdiklərini etiraf edib.

Nazirlik 1 erməni hərbçinin yaralandığını açıqlayıb.

11:35

Sentyabrın 31-də Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb.

“Report” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə Azərbaycanın Kəlbəcər rayonu istiqamətində baş verib.