İsraildən etiraf: Ölkəyə gələnlər DNT analizindən keçirilir

30 İyul 2013 13:33 (UTC+04:00)
İsrail hökuməti bu ölkəyə immiqrasiya etmək istəyən rusdilli yəhudilərin DNT analizindən keçirilməsi barədə yayılan xəbərləri təsdiqləyib. Məqsəd həmin şəxslərin yəhudi olduğunu təsdiqləməkdir.

Yeni qayda nikahdan kənar doğulanlara və doğum haqqında şəhadətnaməsi uşaq doğulandan 3 il sonra alınanlara aid ediləcək. Bu barədə qərarın mövcudluğu mətbuatda Maşa Yakirsonla bağlı məqalədən sonra ortaya çıxıb.

19 yaşlı Maşa "Birtright " təhsil proqramı çərçivəsində İsrailə köçmək istəyib, ancaq rusdilli olduğuna görə buna nail olmayıb. Maşanın atası Şimon Yakerson qərardan apellyasiya şikayəti verib. Onun sözlərinə görə, böyük qızı Dina 1990-cı ildə heç bir problem olmadan İsrailə gedib.

Elnarə
AzNews.az