Ağdam-Xankəndi yoluna işıq çəkilir

1 Sentyabr 2023 13:43 (UTC+04:00)

Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.

Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.

İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.