Azərbaycanda saxlanılan 3 erməniyə ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb

1 Sentyabr 2023 13:57 (UTC+04:00)

Avqustun 30 və 31-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri 28 avqustda Azərbaycanda saxlanılan 3 şəxsə (ermənilərə) baş çəkib.

Bu barədə komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova bildirib ki, onlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.