"Kəlbəcər-Basarkeçər şərti sərhəddində gərginlik yaratmaq, azərbaycanlıların deportasiya edildikləri kəndlərimizdən birindən-Zoddan ordumuzun mövqelərinə zərbə endirmək ya Paşinyanın özünün, ya da onu devirmək üçün yenidən hərəkətə keçənlərin planıdır".
Bu barədə millət vəkili Sahib Alıyev açıqlama verib.
Deputat deyib:
"Əgər diqqət yetirsəniz görəcəksiniz ki, Paşinyanla komandası Rusiyanı heç zaman indi olduğu qədər açıq və kəskin tənqid etməyib. Rusiya da 17 sentyabrda İrəvanda keçiriləcək seçki öncəsi paytaxt meri postuna Moskvaya yaxın birini əlyləşdirmək, Ermənistanın baş nazirini tam gözdən salmaq və ardınca da devirmək üçün əlindən nə gəlirsə etməyə çalışır.
Ona görə də mümkündür ki, Fransanın son canfəşanlığından ruhlanan Paşinyan yeni təxribata əl atmaqla cəmiyyətin diqqətini öz istədiyi səmtə yönəltmək, tərəfdarlarını toparlamaq və Moskvanın planlarına maneçilik törətmək niyyəti güdür. Ya da əks tərəf Ermənistan ordusundakı agentlərinə belə bir əmr veriblər ki, Azərbaycanın cavab addımlarından sonra haylara heç nəyin dəyişmədiyini, əvvəlkindən də acınacaqlı vəziyyətdə olduqlarını göstərsin. Göstərsin ki, Paşinyanın yeni ordu quruculuğu haqada dedikləri cəfəngiyyatdır. Fransanın dəstəyi də, Avropa Birliyinin yarı hərbi missiyasının Ermənistana gətirilməsi də Azərbaycanın önünü kəsə bilməz. Ermənistanın bir xilaskarı varsa, o da Rusiyadır. Amma Rusiyanın ondan gözlənilən addımı atması üçün Nikol Paşinyan Araik Harutyunyanın etdiyini etməlidir. Etmək istəməsə, haylar ayağa qalxıb onu devirməlidirlər.
Hansı versiyanın doğru olduğunu çox da gözləmək lazm gəlməyəcək. Tezliklə hər şey bəlli olacaq".
AzNews.az