Daha bir erməni Moskvada ağır qəza törətdi
30 İyul 2013 14:01 (UTC+04:00)
Ötən gecə Moskvada yük maşınının iştirakı ilə ağır qəza baş verib. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, Marşal Katukova 22 ünvanında "Yantar" idman kompleksinin qarşısında Akop adlı 40 yaşlı erməni idarə etdiyi 13 tonluq avtomobili ilə 30 saylı marşrut üzrə hərəkət edən 20 tonluq tramvaya çırpılıb.
Akop ifadə verərkən tramvayı görmədiyini deyib. Diqqəti minik avtomobilində olub və onu vurmamaq üçün maşını qaçırdıb. Bu vaxt isə tramvay kənardan çıxıb.
Akopun bu boyda tramvayı görmədiyi versiyasına isə yol polisləri inanmırlar.
"Yəqin istədi ki, tez keçsin, ancaq çatdırmadı. Birinci əyləci basdı, sonra isə qazı. Tramvayı vurdu", - şahidlərdən biri deyib.
AzNews.az