Kürdəmirdə güclü zəlzələ olub

3 Sentyabr 2023 21:57 (UTC+04:00)

Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.