Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentinin komandanı dəyişib

4 Sentyabr 2023 21:54 (UTC+04:00)

Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.

Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.

Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.