Çin özəl şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan CERES-1 ilə dənizdən 4 peyk buraxıb.
Sinxua agentliyinin xəbərinə görə, Şandun əyalətinin Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında üzən platformadan "Tienqi" sinifli 4 internet rabitə peyki orbitə buraxılıb.
Bu, CERES-1 raketi ilə 9-cu və dənizdən ilk buraxılış olub.
Aşağı Yer Orbitinə göndərilən "Tienchi-21, 22, 23 və 24" peykləri "əşyaların interneti" adlanan sistemlər üçün qlobal məlumat xidmətləri təqdim edəcək.
Mövsüm
Aznews.az